Bu gün Milli Məclisin deputatı Fariz İsmayılzadənin doğum günüdür.
Metbuat.az xəbər verir ki, Fariz Akif oğlu İsmayılzadə 1978-ci il sentyabrın 2-də Lənkəran şəhərində anadan olub. Bu gün onun 48 yaşı tamam olur.
Fariz İsmayılzadə 1 sentyabr 2024-cü ildə keçirilən növbədənkənar parlament seçkilərində 77 saylı Lənkəran şəhər seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Hazırda parlamentin Elm və təhsil komitəsi sədrinin müavinidir.
Qeyd edək ki, Fariz İsmayılzadə Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. O, Milli Məclisin beynəlxalq fəaliyyətində də fəal iştirak edir.