Beren Saatın xəyalları suya düşdü (FOTO)

Beren Saatın xəyalları suya düşdü (FOTO)
15:26 20 Yanvar 2015
221 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur aktrisası, Azərbaycanda da kifayət qədər məşhur olan Beren Saatın xəyalları suya düşdü. ANS PRESS-in məlumatına görə, aktrisanın yeni film arzusu deyəsən ürəyində qalacaq. Belə ki, Beren Saat Kamal Yılmazın "9ON" filmində həm baş rolu ifa etməli, həm də rejissorluq etməli idi.

Bir müddət öncə yayılan filmin anonsları artıq yığışdırılıb. Anonslar "İnstagram" səhifələrində yerləşdirilmişdi.

Beren Saat ötən il final edən "İntiqam" serialından bəri çəkiliş meydanlarından uzaq idi. Ötən ilin iyun ayında müğənni Kənan Doğuluilə ailə qurub. Toydan sonra gələn təklifləri qəbul etməyən aktrisa artıq seçimlərinə daha həssas yanaşacağını deyirdi.

"Ürəyimcə olan ssenari olsa oynayaram", deyən Saat ötən ay "İnstagram" səhifəsində yeni filmin müjdəsini vermişdi.
Filmdə o, 8 uşaqlı bir ailənin hamilə qızı Əminəni canlandırmalı idi.

Filmin çəkilişləri dekabrın 18-də başlamalı idi. Filmin 8 martda təqdimatı nəzərdə tutulmuşdu.

Film çəkilişlərinin nə üçün təxirə salınması barədə heç bir açıqlama verilməyib.





Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=320755

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR