Türkiyədə məşhurların da aralarında olduğu şəxslərə qarşı narkotik əməliyyatı keçirilib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aparılan araşdırma çərçivəsində 18 nəfər saxlanılıb.

Saxlanılan şəxslər arasında məşhur aktyorlar Aras Bulut İynemli, Melis Sezen, Nilperi Şahinkaya, Melis İşiten, Hazal Filiz Küçükköse, Yeliz Yeşilçimen, həmçinin repçi Sefo (Seyfullah Sağır) yer alıb.

Siyahıda futbolçu Hasan Şaş, eləcə də Hande Demir, Anıl Durmuş, Volkan Akçıray, Zeynep Akçıray, Eda Güzəlcik, Sezer Çakır və Sayat Zurnacı da var.

Bakırköy Respublika Baş Prokurorluğun açıqlamasına görə, bəzi şübhəlilərin narkotik və ya psixotrop maddələrdən istifadə etdikləri, narkotik maddədən istifadəyə şərait yaratdıqları və ya istifadə üçün yer təmin etdikləri barədə şübhələri dəstəkləyən sübutlar əldə edilib.