ABŞ Prezidenti Donald Tramp İranla müharibənin gedişatı ilə bağlı kritik qərar ərəfəsindədir.

Metbuat.az xəbər verir ki, Tramp “Axios”a açıqlamasında İrana qarşı daha böyük hücumun başlayıb-başlamayacağı ilə bağlı suala “Hər şey mümkündür” deyib.

ABŞ Prezidenti müharibənin sonunda qalib gələcəklərini də iddia edib. Tramp bunun razılaşma yolu ilə baş verib-verməyəcəyinin isə məlum olmadığını bildirib.

Tramp İranın nüvə silahına sahib olması halında ondan istifadə edə biləcəyini də iddia edib.

ABŞ lideri İranla bağlı növbəti qərarları müzakirə etdiyini və gələn həftə Nyu-Yorkda Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Oman liderləri ilə görüşəcəyini bildirib.

Tramp İranın ABŞ-lə birbaşa təmasda olduğunu və razılaşma əldə etməyə çalışdığını da deyib.

O, həmçinin gələn həftə BMT Baş Assambleyasının iclasları çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşə biləcəyini açıqlayıb.