"Fənərbaxça" klubunda mövsümün fasiləsindəki transfer dönəmi üçün çalışmalar artıq başlayıb.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi "Sanderlend"in futbolçusu Chemsdine Talbini heyətinə qatmaq istəyir. Məlumata görə, 21 yaşlı mərakeşli futbolçu yay transfer dönəmində də "Fənərbaxça"nın gündəmində olub. Mərakeş millisinin üzvü olan futbolçu 2026-cı il dünya çempionatında da iştirak edib və bu mövsüm "Sanderlend"də keçirdiyi 2 oyunda 1 qol vurub. Bildirilir ki, Talbin sol cinahda "Fənərbaxça"nın digər futbolçusu Kerem Aktürkoğlu ilə forma uğrunda mübarizə aparacaq.