Qax rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, qəza səhər saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki minik avtomobilinin toqquşması zamanı Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər. Yaralılardan G. Cəfərovanın vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.