Çində binaları və sənaye obyektlərini elektrik enerjisi və soyuducu maye istifadə etmədən sərinlədə bilən xüsusi boya hazırlanıb.

Metbuat.az xəbər verir ki, "Harbin" Texnologiya İnstitutu ilə "China Construction Eco-Development" şirkətinin birgə hazırladığı örtük materialının artıq kütləvi istehsalına başlanılıb. Məlumata görə, insan dərisindəki mikro qırışlardan ilhamlanaraq hazırlanan boya günəş işığının böyük hissəsini əks etdirir və toplanan istiliyi infraqırmızı şüalanma vasitəsilə kosmosa yayır. Bildirilir ki, günəş altında aparılan 180 günlük sınaq zamanı boya mayeləşdirilmiş qaz çənlərinin səth temperaturunu təxminən 25, daxili temperaturunu isə 7 dərəcə aşağı salıb.

Bildirilib ki, hava şəraitinə və aşınmaya davamlı olan boyanın istifadə müddəti 15 ilə qədər ola bilər.