ABŞ Livan ordusuna hərbi yardım göndərib.

Metbuat.az xəbər verir ki, Livan ordusunun açıqlamasında müxtəlif sursatların yer aldığı 70 konteynerin Beyrut limanında təhvil alındığı bildirilib.

Açıqlamada qeyd olunub ki, yardım ABŞ-nin Livan ordusuna davam edən dəstəyi çərçivəsində göndərilib. Hazırkı mərhələdə bu yardım ordunun üzərinə götürdüyü vəzifələrin miqyası və qarşılaşdığı çətinliklər baxımından xüsusi əhəmiyyət daşıyır.

Bildirilib ki, göndərilən yardım, xüsusilə Livanın müxtəlif bölgələrində həyata keçirilən tapşırıqların icrası zamanı ordunun imkanlarının genişləndirilməsinə töhfə verəcək.