“Fənərbaxça” “İnter”in futbolçusu Hakan Çalhanoğlunu transfer etmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, “Fənərbaxça” rəhbərliyi komandanın xüsusilə yarımmüdafiədə oyun qurucu futbolçuya ehtiyacı olduğunu hesab edir. Məlumata görə, klub rəhbərliyi mövsümün fasiləsi üçün geniş siyahı hazırlanması və yaradıcı orta sahə oyunçusunun heyətə cəlb olunması barədə tapşırıq verib. “Fənərbaxça”nın siyahısında ilk adın Hakan Çalhanoğlu olduğu qeyd edilib. “A Spor”un məlumatına görə, İstanbul təmsilçisi futbolçunun transferi üçün şərtləri araşdırır.
Qeyd edək ki, Hakan Çalhanoğlunun “İnter”lə müqaviləsi mövsümün sonunda başa çatır. İtaliya klubunun Hakanı komandada saxlamaq istədiyi və ona hazırkı maaşından daha aşağı məvaciblə yeni müqavilə təklif etməyi planlaşdırdığı qeyd olunub.