Şotlandiyada 2000-ci ildə 100 ağacla başlayan ağacəkmə layihəsi 26 il ərzində təxminən 750 min ağac və kolun olduğu geniş meşəlik əraziyə çevrilib.
Metbuat.az xəbər verir, lakin bu aksiya ərazidə başqa problemə yol açıb. Ağacların sayının kəskin artmasından sonra bölgədə su ehtiyatlarına təzyiq yüksəlib və su qıtlığı problemi yaranıb.
Qeyd edilir ki, bölgədə təxminən 660 hektarlıq ərazidə əsrlər boyu qoyun, keçi və maral otarılması nəticəsində ağac örtüyü böyük ölçüdə yox olub. Layihənin əsas məqsədi ərazinin yenidən meşələndirilməsi olub. Ərazidə ağcaqayın, quşarmudu, söyüd və fındıq kimi yerli ağac növlərinə üstünlük verilib.