“Real Madrid”in baş məşqçisi Joze Mourinyo Türkiyədəki derbi qarşılaşmaları barədə diqqətçəkən fikirlər səsləndirib.
Metbuat.az xəbər verir ki, mütəxəssis dünyada onu ən çox təsirləndirən derbinin hansı olduğu ilə bağlı suala cavab verib. Mourinyo bildirib ki, futbolçular derbidən əvvəl azarkeşlərin təzyiqini ciddi şəkildə hiss edirlər. O, “Milan” və “İnter” arasındakı qarşılaşmanın gözlədiyindən fərqli atmosferə sahib olduğunu qeyd edib.
Portuqaliyalı mütəxəssis İtaliyadakı derbilərdə fərqli komandaların formalarını geyinən insanların küçədə bir-biri ilə normal münasibətdə olmasına təəccübləndiyini deyib. Mourinyo Türkiyədəki derbilərin atmosferinin isə bundan tamamilə fərqli olduğunu vurğulayıb.
O, Türkiyədəki derbilər barədə “Heç Türkiyədən danışmayaq belə” ifadəsini işlədib.