Kristiano Ronaldo “Əl-Nəsr” klubunu almaq üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, Ronaldonun da daxil olduğu 5 nəfərlik konsorsium Səudiyyə Ərəbistanının köklü klubu üçün təklif irəli sürüb. İtaliya mətbuatının məlumatına görə, konsorsiuma Ronaldodan başqa “Milan” klubunun sahibi Cerri Kardinale, həmçinin iş dünyasının tanınmış nümayəndələri İbrahim Əl-Muhaidib, Məhəmməd Əl-Xurayci və Şərəf Əl-Hariri daxildir.
Bildirilir ki, investorlar “Əl-Nəsr”i Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondundan almağı planlaşdırırlar. Konsorsiumda yer alan 5 şəxsin hər birinin 100 milyon dollar sərmayə qoyacağı gözlənilir.