Bir vaxtlar “Beşiktaş”ın formasını geyinmiş Federiko İquain məşqçilik etdiyi ABŞ-nin “Kolumbus Kru”nun ehtiyat komandasında tutduğu vəzifədən azad edilib.
Metbuat.az xəbər verir ki, 41 yaşlı argentinalı mütəxəssis MLS NEXT Pro Liqasında keçirilən qarşılaşma zamanı qadın hakimə qarşı uyğunsuz davranışına və cinsiyyətçi ifadələrinə görə cəzalandırılıb. Bildirilib ki, İquain qadın hakimin əlini sərt şəkildə sıxıb və xəbərdarlıqlara baxmayaraq əlini buraxmayıb. Məşqçinin daha sonra hakimə “Bunun kişi idmanı olduğunu unutma” dediyi iddia edilib. Bu davranışlarına görə Federiko İquain iki oyunluq cəzaya məruz qalıb. Cəzanın açıqlanmasından sonra “Kolumbus Kru” rəhbərliyi argentinalı məşqçini vəzifəsindən uzaqlaşdırıb.