“Qalatasaray” mövsümün fasiləsində yeni transferlər həyata keçirmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, mövsümün əvvəlində transferlərdə yaşanan gecikmələri nəzərə alan İstanbul təmsilçisi baş məşqçi Okan Burukun hesabatı əsasında fəaliyyətə başlayıb. Klubun rəhbərliyi yarımmüdafiə, müdafiə və cinah xəttini gücləndirmək üçün bir sıra ulduz futbolçuları gündəminə alıb. Bildirilib ki, “Qalatasaray”ın transfer siyahısında ilk növbədə “Yuventus”un futbolçusu Teun Koopmeyners yer alır. 28 yaşlı niderlandlı yarımmüdafiəçi üçün satınalma şərti ilə icarə təklifinin hazırlanması planlaşdırılır. “Qalatasaray”ın uzun müddətdir izlədiyi digər ulduz isə “Real Madrid”in fransalı futbolçusu Eduardo Kamavinqadır.

İstanbul klubunun siyahısında “Fiorentina”da çıxış edən Krist İnao Oulai də yer alır. Türkiyə nəhənginin transfer siyahısında “Napoli”nin futbolçusu Noa Lanq da var. Ötən mövsümün ikinci yarısında Qalatasarayda çıxış edən niderlandlı futbolçunun bu mövsüm “Napoli”də gözlənilən performansı göstərə bilmədiyi qeyd olunub.