“Trabzonspor” yeni müdafiəçi transferi üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, “Trabzonspor” Misir millisində çıxış edən Məhəmməd Hanynin xidmətində maraqlıdır. Məlumata görə, “Əl-Əhli”də çıxış edən 30 yaşlı futbolçunun transferində komandanın ulduz futbolçusu Məhəmməd Salah da rol oynayır. Qeyd olunub ki, Salah milli komandadan tanıdığı futbolçunu “Trabzonspor”a təklif edib.
Qeyd edək ki, karyerası ərzində yalnız “Əl-Əhli formasını geyinən Məhəmməd Hanyn bu klubla 8 dəfə çempionluq sevinci yaşayıb və 399 oyunda 8 qol, 31 məhsuldar ötürmə ilə yadda qalıb.