Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Ovni Mehbalı oğlu Muradov Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Metbuat.az xəbər verir ki, Ovni Muradov 1983-cü ildə Babək rayonunun Nehrəm kəndində anadan olub. 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin tarix ixtisasını bitirib.

O, əmək fəaliyyətinə 2002-ci ildə Nehrəm kənd 2 nömrəli tam orta məktəbində müəllim kimi başlayıb. 2014-cü ildə həmin məktəbin direktoru təyin olunub.

Muradov 2016-2018-ci illərdə Babək Rayon Təhsil Şöbəsinə rəhbərlik edib. 2018-ci ildə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini vəzifəsinə təyin olunub.

2023-cü il sentyabrın 12-dən oktyabrın 16-dək Naxçıvan Muxtar Respublikası təhsil nazirinin vəzifələrini müvəqqəti icra edib.

O, 2024-cü ilin aprelində Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.