ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, Tramp “Fox News”a açıqlamasında İranın tələbləri qəbul etməməsi halında ölkənin tamamilə məhv edilməsinin mümkün variantlardan biri olduğunu bildirib.

ABŞ lideri İranla bağlı üç variantın nəzərdən keçirildiyini deyib. Onun sözlərinə görə, bunlara İranı tamamilə məhv etmək, ölkəni iqtisadi çöküşə sürükləmək və ya razılaşma əldə etmək daxildir.

Tramp bu açıqlamaları İranın ABŞ və Yaxın Şərqdə mümkün səhvlərə görə “ağır zərbələr” endiriləcəyi barədə xəbərdarlığından sonra səsləndirib.

ABŞ Dövlət Departamenti bölgədə yaşayan və ya səfərdə olan amerikalılar üçün təhlükəsizlik xəbərdarlığı yayıb.