Türkiyə Super Liqasında çıxış edən ulduz futbolçuların illik gəlirləri ilə bağlı yenilənmiş siyahı açıqlanıb. Qardaş ölkə çempionatında ən yüksək maaş alan futbolçuların siyahısına “Qalatasaray”ın hücumçusu Viktor Osimhen başçılıq edir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, nigeriyalı ulduz illik 15 milyon avro zəmanətli məvaciblə Super Liqanın ən çox qazanan futbolçusu statusunu qoruyur. Bonuslar və imic hüquqlarından əldə olunan gəlirlər də nəzərə alındıqda, onun ümumi qazancı daha yüksək məbləğə çatır.

Heyətlərin yenilənməsindən sonra Türkiyə çempionatında ən yüksək illik məvacib alan futbolçuların siyahısı belədir:

1.⁠ ⁠Viktor Osimhen (“Qalatasaray”) - 15 milyon avro

2.⁠ ⁠Ederson (“Fənərbaxça”) - 11 milyon avro

3.⁠ ⁠Nqolo Kante (“Fənərbağça”) - 11 milyon avro

4.⁠ ⁠Rafael Leao (“Qalatasaray”) - 10 milyon avro

5.⁠ ⁠Marko Asensio (“Fənərbaxça”) - 10 milyon avro

Mütəxəssislərin fikrincə, klubların son transfer siyasəti və Avropa səviyyəli ulduz futbolçuları heyətə cəlb etməsi Türkiyə Super Liqasının ümumi bazar dəyərini və rəqabət səviyyəsini artırıb.