“Real Madrid”in baş məşqçisi Joze Mourinyo Endrikin komandadakı gələcəyi ilə bağlı açıqlama verib.
Metbuat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Fənərbaxça”, “Roma” və “Milan”ın transfer siyahısında olduğu bildirilən braziliyalı hücumçunun icarəyə göndərilməyəcəyini deyib. “Endrikə çox böyük rəğbətim var. Onun inanılmaz potensialı var və bu, bizim üçün çox vacibdir. İcarəyə getməsinə ehtiyac yoxdur. O, burada, bizimlə uğur qazanacaq”, deyə mütəxəssis qeyd edib.
Qeyd edək ki, Endrik cari mövsümdə cəmi 4 dəqiqə oyun vaxtı əldə edib.