Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb.
Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qulabənd kəndində baş verib. Belə ki, rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Xankişiyev qonşunun həyətində xurma yığmaq istəyərkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
Fakt araşdırılır.