Noyabrın 4-də Azərbaycanın üç rayonunda qaz kəsiləcək.
Metbuat.az xəbər verir ki, bu barədə Şəmkir Regıonal-Qaz İstismarı-İdarəsi məlumat yayıb.
"Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri və aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar 04.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadək Daşkəsən rayonunun Qaraqollar, Qazaxyolçu, Zağalı, Xoşbulaq kəndlərinin, Tovuz rayonunun "Alakol Sənaye", Şəmkir rayonunun "Çinarlı Sənaye" ölçü qovşaqları üzrə qeyri-əhali abonentlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq