Türkiyəli məşhur şoumen və aktyor Mehmet Ali Erbilin keçmiş həyat yoldaşı Tuğba Coşkunla evli olduğu dövrdə daşınmaz əmlaka böyük sərmayə yatırması ilə bağlı açıqlaması gündəm olub.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Erbil hər həftə bir ev aldıqlarını açıqlayıb.

Məşhur şoumen bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun “YouTube” proqramında danışıb. Karyerası ərzində bir çox televiziya layihəsində iştirak edən Erbilin qazancı və əmlak yatırımları ilə bağlı sözləri diqqət çəkib.

“Uşaqlarımın və nəvələrimin gələcəyini təmin etmişəm”, - sənətçi belə deyib.

Qeyd edək ki, Mehmet Ali Erbil daha əvvəl də sərvəti ilə bağlı açıqlamalar verib. O, hazırda yaşadığı evin qiymətinin 10 milyon dollar olduğunu, keçmiş həyat yoldaşlarına verdiyi evlərin ümumi dəyərinin də 10 milyon dollara çatdığını bildirib.

Şoumen qumar oyunlarında bütün sərvətini itirməsi ilə bağlı iddialara da münasibət bildirib. O, ömrünün sonuna kimi işləməsə belə özünə, övladlarına və nəvələrinə kifayət edəcək qədər sərvətinin olduğunu vurğulayıb.