Xaçmazda intihara cəhdin qarşısı alınıb

Xaçmazda intihara cəhdin qarşısı alınıb
17:03 20 Yanvar 2015
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Xaçmazda intihar cəhdinin qarşısı alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Xaçmaz şəhərində bir nəfər sərxoş vəziyyətdə qülləyə qalxaraq intihar etmək niyyətini nümayiş etdirib. Dərhal hadisə yerinə nazirliyin muvafiq xilasetmə qüvvələri cəlb olunub.

Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:16-da başa çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2355269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR