Milli.Az anspress-ə istinadən iyunun 14-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.

Miladi: 14 iyun 2015

Hicri: 26 şaban 1436

İlin 165-ci günü
İlin sonuna 200 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 04.40
Günəş - 06.10
Zöhr - 13.44
Əsr - 18.24
Məğrib - 21.28
İşa - 23.15

1777-ci ildə ulduzları və zolaqları olan ilk ABŞ bayrağı Konqres tərəfindən Amerika Birləşmiş Ştatlarının dövlət bayrağı kimi qəbul edilib

1794-cü ildə şair-mütəfəkkir Mirzə Şəfi Vazeh anadan olub

1900-cü ildə Amerika Birləşmiş Ştatları Havay adalarını öz ərazisinə birləşdirdi

1919 - Xalq Cümhuriyyətinin parlamenti ölkədə vəziyyətin elan olunması barədə qərar qəbul edib. Baş nazir Nəsib Usubbəylinin rəhbərlik etdiyi Dövlət Müdafiə Komitəsinə fövqəladə səlahiyyətlər verilib. Muğandakı bolşevik təmayüllü qiyamın, ermənilərin Qarabağ və Zəngəzurdakı silahlı çıxışlarının yatırılması üçün bu bölgələrə ordu hissələri göndərilib.

1920-ci ildə sosioloq Maks Veber (Max Weber) vəfat edib

1926-cı ildə tarzən Həbib Bayramov anadan olub

1928-ci ildə əslən Argentinadan olan Kuba inqilabçısı Ernesto Çe Gevara anadan olub

1936-cı ildə rus yazıçısı Maksim Qorki vəfat edib

1946 - Cənubi Azərbaycanda (Təbriz) Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökuməti süqut edib. 1945-ci ilin 12 dekabrında (21 Azər hərəkatı) elan edilən solçu təmayüllü Pişəvəri hökumətinə ilk mərhələdə bölgədəki sovet qoşunları tərəfindən müəyyən dəstək vardı. Lakin II Dünya müharibəsinin başa çatması ilə sovet qoşunları bölgəni tərk etdilər və Milli Hökumətə qarşı İran şah rejimi tərəfindən geniş repressiyalar başlandı. Bir qrup məsləkdaşı ilə sovet Azərbaycanına mühacirət edən Pişəvəri burada müəmmalı avtomobil qəzasında həlak oldu.

1951-ci ildə ilk ticari komputer olan UNIVAC I təqdim edilib

1964-cü ildə Nelson Mandela ömürlük həbsə məhkum edilib

1982-ci ildə Argentina ordusu, Falkland adalarında Böyük Britaniyaya təslim olub

1994-cü ildə bəstəkar Henri Mançini (Henry Mancini) vəfat edib.

Milli.Az