Səfirimiz nazirlə görüşüb

Səfirimiz nazirlə görüşüb
03:41 21 Yanvar 2015
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Braziliya arasında turizm sahəsində əməkdaşlıq üçün geniş potensial var.

Azərbaycanın Braziliyadakı səfirliyindən verilən məlumata görə, bu məsələlər Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanovun Braziliyanın Turizm naziri Vinisius Lajes ilə görüşündə müzakirə olunub.

Səfir E.Sultanov Azərbaycanda turizmin inkişafı sahəsində həyata keçirilən dövlət siyasəti, əldə edilmiş nailiyyətlər və ölkəmizdə keçirilən beynəlxalq turizm tədbirləri barədə nazirə ətraflı məlumat verib. O, turizm sahəsində Azərbaycan ilə Braziliya arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edərək, bu istiqamətdə əlaqələrin təşviq edilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir V.Lajes turizm sahəsində Braziliyada görülən işlər barədə məlumat verərək, ölkəsinin Azərbaycan ilə əməkdaşlığa önəm verdiyini və iki ölkə arasında turizm sahəsində, xüsusi ilə təcrübə mübadiləsinin həyata keçirilməsində əməkdaşlıq imkanlarının olduğunu bildirib.

Görüş zamanı turizm sahəsində ikitərəfli əməkdaşlığın gələcək perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Səfir E.Sultanov nazir V.Lajesə ölkəmizin turizm imkanlarını əks etdirən Azərbaycan və portuqal dillərində materiallar təqdim edib.

Mənbə
AzərTac



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=320869

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR