ANS PRESS-in məlumatına görə, yarışda Azərbaycanı iki komanda təmsil edir. Komandalarımız müvafiq olaraq Danimarka və Polşa kollektivləri ilə mübarizə aparıblar.
İlk olaraq Yuliya Kərimova və Raquel Fereyradan ibarət yığmamız polşalı qızlarla görüşüblər. H qrupunda mübarizə aparan qızlarımız iki setdə (21-18, 21-12) qalib gəliblər.
CUNHA Vivian LIUBYMOVA Zinaidadan ibarət ikinci komandamız isə Danimarka yığması ilə üz-üzə gəlir. Hazırda oyunda ikinci set davam edir. İlk setdə qızlarımız 21:14 hesabı ilə qələbə qazanıblar.







