Bakı, 16 iyun, İbrahim Əsədov, AZƏRTAC
2014-2015-ci tədris ilində Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) təhsilin bakalavriat pilləsini bitirən əcnəbi tələbələrdən dördü, magistratura pilləsini bitirənlərdən biri fərqlənmə diplomuna layiq görülüb.
Bu barədə AZƏRTAC-a ADNA-nın əcnəbi tələbələrlə iş üzrə dekanı Rəfail Balayev məlumat verib.
Xatırladaq ki, bu il akademiyada təhsilin bakalavriat pilləsini 86, magistratura pilləsini 16 əcnəbi gənc bitirir.