Bakı İdman Zalında qadınlar arasında keçirilən təklərin yarışının ilk mərhələsində aşağı reytinqə malik idmançılar diqqət mərkəzində olub.
Metbuat.az-ın xəbərinə görə, Avropanın ən yaxşı 16 stolüstü tennisçisi yarışlara çərşənbə günü keçiriləcək ikinci mərhələdə qatılacaq.
Azərbaycanlı idmançılar Rüfət Quliyeva və Məryəm İmanova layiqli şəkildə mübarizə aparıb. Lakin onların rəqibləri Bernadette Szoks (ROU) və Qaliya Dvorak (ESP) çox güclü olduğu üçün, hər ikisi 3-0 hesabı ilə məğlub olublar.
Qadınların yarışında ən yaşlı iştirakçı - 51 yaşlı Ni Xia Lian (LUX) ondan ən azı üç dəfə kiçik olan, 15 yaşlı Liza Lunq (BEL) üzərində qələbə qazanaraq ikinci mərhələyə vəsiqə qazanıb.
Qadınlar arasında baş tutan təklərin stolüstü tennis yarışlarının ikinci mərhələsi çərşənbə günü saat 11:00-da Bakı İdman Zalında başlayacaq.