ANS TV-nin məlumatına görə, təxminən 60-65 yaşlarında naməlum kişi meyidinin əlamətləri belədir: boyu 163 santimetr, arıq bədən quruluşlu, saçlarının rəngi ağarmış, gözlərinin rəngi qara.Yanvarın 19-u Səbail rayonu 20-ci sahədə yerləşən Veteranlar parkında meyit akar edilib
Xüsusi əlamətləri: üst çənəsində 2 ədəd, alt çənəsində yeddi ədəd dişi var. Əynində: qəhvəyi rəngli dəri gödəkçə, qara rəngli sarı zolaqları olan idman geyimi, tünd göy rəngli cins şalvar, boz rəngli iç geyim, qara rəngli yun corab var.
Yuxarıda göstərilənləri nəzərə alaraq, şəkildə gördüyünüz şəxsi tanıyanlardan Səbail Rayon Polis İdarəsi və ya 8-ci polis bölməsinə məlumat vermələri xahiş olunur.
Şəkidəki şəxsi tanıyanlar məlumatlarını 012-492-02-02 şəhər, 055-844-60-60, 050-636-60-60, mobil nömrələrinə də zəng edərək verə bilərlər.
Milli.Az