[ 17 İyun 2015 19:54 ]
Bakı – APA. Olimpiya çempionumuz Toğrul Əsgərov qızıl medal qazanıb.
Apasport.az saytının məlumatına görə, güləşçimiz finalda Frank Kamizo Marqueslə (İtaliya) üz-üzə gəlib.
London Olimpiadasından sonra ən yaxşı formasında olan idmançımız son döyüşünü qələbə ilə başa vurub. Toğrul hesabda 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, ilk hissədə cütün taleyini həll edib. Təmiz qələbə qazanan Olimpiya çempionumuz qızıl medallarımızın sayını 9-a, ümumilikdə isə mükafatlarımızın sayını 20-yə çatdırıb.