Bakı, 17 iyun, AZƏRTAC
2014-2015-ci tədris ilində Bakı Dövlət Universitetinin (BDU) fizika fakültəsini 278 tələbə bitirir.
Bu barədə AZƏRTAC-a fakültənin dekanı, professor Məhəmmədəli Ramazanov məlumat verib. Dekan bildirib ki, tələbələrdən 238-i təhsilin bakalavriat, 40-ı isə magistratura pilləsini başa vurur.
Təhsilini bitirən gənclərdən 20-si fərqlənmə diplomuna layiq görülüb.