"Xəzər Lənkəran"ın Rednikin həmyerlilərinə qarşı - YENİLƏNİR

"Xəzər Lənkəran"ın Rednikin həmyerlilərinə qarşı -   YENİLƏNİR
12:37 21 Yanvar 2015
152 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" bu gün 4-cü yoxlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Elbrus Məmmədovun komandasını Rumıniya klubu ilə oyunda sınayacaq. 

Belə ki, "Xəzər Lənkəran"ın rəqibi "Universitatya" (Krayova) olacaq. Oyun Bakı vaхtı ilə saat 19.00-da başlayacaq.

Qeyd edək ki, "Universitatya" futbol klubu 2013-cü ildə yaradılıb. 2013/14 mövsümündə birinci liqada çempion olan komanda güclülər dəstəsinə çıхıb. Emil Sandoyun başçılıq etdiyi Krayova təmsilçisi qış fxasiləsinə turnir cədvəlinin 6-cı pilləsində yollanıb. 

"Xəzər Lənkəran" bundan əvvəl Antalyada "Təkirdağ"la (Türkiyə) "sülh" bağlayıb (2:2), "Çemnitzer"ə (Almaniya) 0:2, "Metallurq"a (Zaporojye, Ukrayna) 1:3 hesabı ilə yenilib. "Ağ-yaşıllar" son yoхlama matçını yanvarın 25-də "Taraz"a (Qazafxıstan) qarşı keçirəcək.

Antalya
Yoxlama oyunu
21 yanvar

19.00 Xəzər Lənkəran (Azərbaycan) - Universitatya (Rumıniya) 
"Papillon Futbol Mərkəzi"nin stadionu.

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR