Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi iyunun 19-dan mərkəzi yollarda şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir

22:23 18 İyun 2015
63 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 18 iyun, AZƏRTAC
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə iyunun 19-dan etibarən üç gün ərzində mərkəzi yollarda şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir.
Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, paytaxt sakinləri, avtomobil sahibləri və sürücülərin nəzərinə çatdırırıq ki, “Bakı-2015” Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında keçiriləcək velosiped yarışları ilə əlaqədar olaraq iyunun 19-u səhər saatlarından iyunun 21-i yarışlar tam başa çatanadək Bakının bəzi mərkəzi yollarında nəqliyyatın hərəkətinin mümkünsüzlüyünü nəzərə alaraq alternativ yollarda hərəkəti davam etdirsinlər.
V.Əsədov qeyd edib ki, yol polisi yarışların startı verilən andan etibarən paytaxtın Azadlıq meydanından başlayaraq Zərifə Əliyeva, Rəsul Rza, Neftçilər, Vəli Məmmədov, Əziz Əliyev, Gənclər Meydanı, İçərişəhər, Qoşa qala, Kiçik Qala, İstiqlaliyyət, Şeyx Şamil, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn, Parlament, Hüseyn Cavid, Landau, İnşaatçılar, Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Bülbül, Üzeyir Hacıbəyov, Rixard Zorge prospekt və küçələri istiqamətində və bu küçələrlə kəsişən yollar üzrə təhlükəsizliyin təmin edilməsi məqsədilə adıçəkilən yollarda şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir.
Sürücülərə Bakı-Salyan yolunun 14-cü kilometrindən üçüncü kənar dairəvi yolla Badamdar, Yasamal və yaxud 20 Yanvar istiqamətində, həmçinin metronun “Gənclik”, “Nərimanov” stansiyaları, Fətəli xan Xoyski, Koroğlu Rəhimov, Babək və s. küçələrlə hərəkəti davam etdirmək tövsiyə edilir.
Yol polisi qeyd edilən ünvanlar üzrə yaşayan vətəndaşlardan və avtomobil sahiblərindən vəziyyəti nəzərə alaraq şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyi xahiş edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Seher_Dovlet_Yol_Polisi_Idaresi_iyunun_19_dan_merkezi_yollarda_sexsi_avtomobillerden_istifade_etmemeyi_tovsiye_edir-865124

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR