Azərbaycan, Bakı, 19 iyun /Trend/

Azərbaycanda I Avropa Oyunlarını işıqlandıran əcnəbi jurnalistlərdə ölkəmizlə bağlı hər şey maraq doğurur. Onlar Azərbaycan haqqında məlumatı ölkəmizdə yeganə ingilisdilli qəzet olan “Azernews”dan əldə edirlər.

Trend-in məlumatına görə, qəzet açıq satışdadır və xarici qonaq və jurnalistlər üçün ingilis dilində nəşr edilən yeganə informasiya mənbəyinə çevrilib.

1997-ci ildən ingilis dilində çıxan ilk Azərbaycan qəzeti “Azernews” Azərbaycan və Xəzər regionunda baş verən hadisələri müntəzəm işıqlandıran onlayn nəşrdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az