Azərbaycanda ovda faciə yaşandı.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhər sakini Muğdad İsrafilov ov etmək məqsədilə İmişli rayonuna gedib.
İmişli rayonunun Xubyarlı kəndində Bakı şəhər sakini Muğdad İsrafilov ov edərkən ehtiyatsızlığa yol verib.
Nəticədə o,tüfəngdən açdığı atəşlə özünə bud nahiyəsindən xəsarət yetirib.
M.İsrafilov xəstəxanaya yerləşdirilsədə onun həyatını xilas etmək mümkün olmayıb.
İmişli RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olan “İJ-43” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır. Mənbə
ANS PRESS