“A-Qroup” “Onkoloji yardım” adlı sığorta məhsulunun satışına başlayıb

“A-Qroup” “Onkoloji yardım” adlı sığorta məhsulunun satışına başlayıb
13:08 19 İyun 2015
103 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, Samirə Quliyeva, AZƏRTAC
“A-Qroup” sığorta şirkəti yeni tibbi sığorta məhsulunun satışına başlayıb.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, “Onkoloji yardım” adlı məhsulu almaqla xərçəng və digər onkoloji xəstəliklərdən sığortalanmaq mümkündür. İllik sığorta haqqı 69 dollar, maksimal sığorta limiti isə 45 min manatdır. Ardıcıl olaraq sığortalanan müştərilər isə hər il üçün əlavə 2 min manat sığorta təminatı qazanırlar.
Bu sığorta məhsulunu əldə etməklə istənilən xarici ölkədə keyfiyyətli tibbi yardım almaq imkanı, yüksək texnoloji metodikalarla və müasir preparatlarla müalicə olunmaq mümkündür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/A_Qroup_Onkoloji_yardim_adli_sigorta_mehsulunun_satisina_baslayib-865243

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR