"Rusiyada növbədənkənar prezident seçkilərinin keçirilməsinə ehtiyac yoxdur" - Narışkin

"Rusiyada növbədənkənar prezident seçkilərinin keçirilməsinə ehtiyac yoxdur" - Narışkin
16:29 19 İyun 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

 

"Rusiyada növbədənkənar prezident seçkilərinin keçirilməsinə ehtiyac yoxdur".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin keçmiş maliyyə naziri Aleksey Kudrinin növbədənkənar prezident seçkiləri ilə bağlı təklifini şərh edərkən bildirib.

 

"Növbədənkənar prezident seçkilərinin keçirilməsinə ehtiyac yoxdur və bunu məqsədəuyğun hesab etmirəm", - deyə o vurğulayıb.

 

Rusiya parlamentinin aşağı palatası sədrinin sözlərinə görə, Dövlət Dumasına seçkilər vaxtından 3 ay əvvəl keçirilib və bu prinsipial məqam deyil: “Demək olar ki, bu texniki qərardır. Prezident seçkiləri üçün isə bu sadəcə olaraq arqument deyil”.

 

Qeyd edək ki, Dumada iyunun 19-da keçirİləcək plenar iclasda ilk oxunuşda parlament seçkilərinin vaxtının dəyişdirilməsi məsələsinə baxılacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206364

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR