Sərginin ən bahalı əsərini Mikayıl Cabbarov alıb

Sərginin ən bahalı əsərini Mikayıl Cabbarov alıb
17:24 19 İyun 2015
131 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün Təhsil Nazirliyinin 11 saylı İnteqrasiya təlimi internat məktəbin müəllim və şagird kollektivi Bilgəhdə yerləşən Müharibə və əmək əlilləri üçün pansionatın sakinlərini ziyarət ediblər. Ziyarətin məqsədi isə daha 15 gün əvvəl həmin məktəbin uşaqlarının əl işlərindən ibarət sərgi-satışından əldə olunan vəsaiti pansionat sakinlərinə hədiyyə etməkdir. Bu yolla uşaqlar kimsəsiz nənə və babalara nəvə sevgisi və qayğısı göstərməyə çalışırlar.

 

 

Əvvəla, bir az sərgi barəsində məlumat verək. Xeyriyyə sərgisi iyunun 4-də Təhsil Nazirliyinin, hökumət rəsmilərinin və KİV nümayəndələrinin iştirakı ilə keçirilib. Sərgidə 200-ə yaxın əsər nümayiş edilsə də, bunlardan 53-ü satılıb. Alanlar isə nazirlər, milli məclisin üzvləri, dövlət adamlarıdır. Xeyriyyə sərgisindən ümumən 5000 manat pul vəsaiti toplanıb. Sərginin ən baha satılan əsərini isə 750 manata təhsil naziri Mikayıl Cabbarov alıb. O günü Aytac belə xatırlayır:

 

- İranın Novruz bayramına aid əsər idi. Mikayıl müəllim sərgi salonuna daxil olan kimi əsərimizi görüb aldı. Çox qürurlandıq.

 

 

Aytac Məmmədova 11 saylı İnteqrasiya təlimi internat məktəbinin şagirdidir. Arzusu rəssam olmaqdır. Məktəbi bitirəndən sonra sənədlərini Rəssamlar Akademiyasına verəcək. Sözügedən əsəri gəlincə, bu işdə tək olmayıb. Əsərdə onunla birgə daha doqquz şagirdin də zəhməti var. Rəsmi isə altı aya tamamlayıblar.

 

 

Sərgidə əl işləri sərgilənən şagirdlərdən biri də Nikitadır. Nikita Merkuryev. Doldurma sənəti ilə məşğul olur. Sərgiyə dəvə rəsmi ilə qatılıb. Onun “dəvə”sini isə hansısa məktəb direktoru alıb. Bu da onun könlünü xoş edib. Sevinclidir:

 

- Çox həyəcan keçirdim. Əl işimi iki həftəyə yaxın vaxt sərf etmişdim.

 

Hələ ki, heç nə toxumur. Amma planında parça üzərində gül doldurmaq fikri var. Ona yeri işində uğurlar arzulayıb məclisimizə qayıdırıq.

 

Tədbir çıxışlarla başladı. Əvvəl Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən De-institutlaşma Uşaq Müdafiəsi İdarəsinin müdiri Məlahət Hacıyeva, ardınca pansionatın direktoru Qətibə Əsədova.

 

Q. Əsədova çıxışında yığılan 5 min manatla pansionatın sakinlərini istirahətə yollayacağını vurğulayır. Onun sözlərinə görə, ilk səfər bu ayın 24-də olacaq. Əlavə qalan vəsaitlə isə qocaların digər ehtiyacları da ödəniləcək.

 

M. Hacıyeva isə bu cür xeyriyyə sərgilərə digər internat məktəblərin də qoşulacağını vurğulayır.

 

Çıxışlardan sonra qocalar uşaqlara öz sürprizlərini təqdim etdilər. Daha sonra isə çal oynasın, vur çatlasın. Qocalar qocalıqlarını unudub uşaqlarla gəncləşdilər. Mərasim çay süfrəsi ətrafında davam etdi. 










Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206375

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR