Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası layihə menecerləri üçün yay məktəbi təşkil edir

Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası layihə menecerləri üçün yay məktəbi təşkil edir
20:48 19 İyun 2015
407 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) Qəbələ şəhərində layihələrin idarə edilməsi üzrə üç günlük yay məktəbi keçirir. İşə yeni başlayan layihə menecerləri və mütəxəssislər, ali məktəblərin son kurs tələbələri bu məktəbdə iştirak edə bilərlər. Ərizələr iyulun 15-dək qəbul edilir.
Azərbaycan Texniki Universitetindən AZƏRTAC-a bildiriblər ki, yay məktəbində iştirak edəcək tələbələr nəzəri biliklərə və praktik bacarıqlara yiyələnəcəklər.
Layihə Azərbaycan mütəxəssislərinə innovasiyalar yaratmaq və şəxsi layihələrini işləyib hazırlamaqda kömək göstərmək məqsədi daşıyır. Eyni zamanda, iştirakçılar layihələrin idarə edilməsi üzrə müasir beynəlxalq biliklərin əsaslarına yiyələnəcək, praktiki tapşırıqları yerinə yetirəcək, mürəkkəb layihə situasiyalarından çıxış yolu tapacaq, müsabiqə əsasında münsiflər qarşısında layihələrini müdafiə edəcəklər.
Yay məktəbində iştirakçılar həmçinin layihə işinin strukturunu, layihələrin təhlilini, riskləri, təqvim, maliyyə və kommunikasiya planını öyrənəcəklər. Ən yaxşı layihə və komanda xüsusi mükafata layiq görüləcək.
Yay məktəbi iyulun 30-dan avqustun 1-dək Qəbələ şəhərində “Duyma” otelində keçiriləcək.
Ətraflı məlumatı, anket və proqramı www.ipma.az saytından əldə etmək mümkündür. Tel. (+99412) 404-18-60, (+99455) 511-95-98.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Layihelerin_Idare_Edilmesi_Azerbaycan_Assosiasiyasi_layihe_menecerleri_uchun_yay_mektebi_teskil_edir-865427

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR