Lənkəranda magistral yolda qəzalı vəziyyətə düşmüş körpü əsaslı təmirdən sonra istifadəyə verilib - FOTOSESSİYA

Lənkəranda magistral yolda qəzalı vəziyyətə düşmüş körpü əsaslı təmirdən sonra istifadəyə verilib - FOTOSESSİYA
21:02 19 İyun 2015
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 20:55 ]

Lənkəran. Ağəddin Babayev – APA. Ələt-Astara magistralının 186-cı kilometrliyində, Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən Boladiçay körpüsü yenidən, müasir tələblərə uyğun şəkildə əsaslı təmir olunaraq iyunun 19-da istifadəyə verilib.

APA-nın cənub bürosunun məlumatına görə, uzunluğu 50 metr olan körpünün dayaq tirlərindən başqa qalan digər hissələri sökülərək yenilənib, dayaq tirləri gücləndirilib, kənar dayaqlar isə genişləndirilib.

 

Burada yükgötürmə qabiliyyəti daha çox olan aşırım tirləri quraşdırılıb, dəmir-beton işi görülüb.

Körpüdə həmçinin piyadalar üçün xüsusi keçidlər yaradılmaqla, onun eni 7 metrdən 9 metrədək artırılıb.

 

Qeyd edək ki, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay üzərində yerləşən körpüdə ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində mayın 12-də, axşam saat 20:00 radələrində onun orta aşırımında 3 ədəd aşırım tiri sınıb. Nəticədə 1961-ci ildə inşa olunmuş körpü qəzalı vəziyyətə düşüb və nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb. Təmirə dayandığı ötən müddət ərzində sürücülər Lənkəran-Boradigah, Boladı-Zövlə şose yollarından və körpünün yaxınlığından salınmış alternativ yoldan istifadə ediblər. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387848

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR