Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qadın voleybolçularımızın belçikalı rəqibləri ilə görüşünü izləyib

21:53 19 İyun 2015
58 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Bakının ev sahibliyi etdiyi birinci Avropa Oyunları çərçivəsində iyunun 19-da qadınlar arasında voleybol yarışları keçirilib.
Azərbaycan millisinin Belçika yığması ilə keçirdiyi görüşü birinci xanım, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri də izləyiblər.
A qrupunda yer alan Azərbaycan millisi Belçika yığması ilə keçirdiyi görüşün birinci setində 25:21 hesabı ilə qalib gəldi. İkinci setdə 22:25 hesabı ilə belçikalılara məğlub olan voleybolçularımız üçüncü setdə rəqiblərindən üstün oldu: 25:20. Dördüncü setdə isə belçikalılar uğur qazandı: 25:21. Görüşün taleyi 5-ci setdə - taybrekdə həll olundu. Bu seti Azərbaycan yığması 15:6 hesabı ilə qalib başa vurdu. Ümumi nəticədə voleybolçularımız 3:2 hesabı ilə rəqiblərindən üstün oldular.
Xatırladaq ki, ilk görüşünü Rumıniya yığmasına qarşı keçirən millimiz bu görüşdən qalib ayrılıb. İyunun 15-də isə qadın voleybolçularımız Polşa millisini 3:0 hesabı ilə məğlub edib. Bunun ardınca İtaliya millisinə qalib gələn Azərbaycan yığması qrupda öz liderliyini qoruyub saxlayır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_birinci_xanimi_Mehriban_Aliyeva_qadin_voleybolchularimizin_belchikali_reqibleri_ile_gorusunu_izleyib-865469

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR