Türkiyə parlamentinin sədri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyib

13:53 21 Yanvar 2015
91 Ölkə
Ölkə mətbuatı
A- A+


İstanbul, 21 yanvar, AzərTAc
Türkiyə Böyük Millət Məclisinin sədri, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının yeni sədri Cəmil Çiçək Konfransın 10-cu sessiyasındakı çıxışında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini kəskin şəkildə pisləyib.
Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunduğunu diqqətə çatdıran Cəmil Çiçək bildirib ki, işğal nəticəsində yurd - yuvasından didərgin düşən bir milyondan çox azərbaycanlının hüquqları pozulub. Türkiyə parlamentinin sədri deyib ki, ölkəsi hər zaman Azərbaycanın ərazi bütövlüyünü müdafiə edəcək.

Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_parlamentinin_sedri_Ermenistanin_Azerbaycana_qarsi_isgalchiliq_siyasetini_pisleyib-826344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR