MHP ilə HDP TBMM-də yan-yana gəldi

MHP ilə HDP TBMM-də yan-yana gəldi
10:17 20 İyun 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Uzun illərdir Türkiyə siyasətinin ən zidd qütbləri hesab olunan Milliyətçi Hərəkat Partiyası ilə kürdlərin Xalqların Demokratiya Partiyası (HDP) parlamentdə yan-yana oturacaqlar.

Anspress-in məlumatına görə, seçkinin rəsmi nəticələrinin açıqlanmasından sonra Türkiyə Böyük Millət Məclisində (TBMM) siyasi partiya qruplarının oturacaqları yerlər də məlum olub. Partiya qruplarının TBMM-də oturacaqları yer seçkidə torpladıqları səsə görə müəyyən olunub. Belə ki, TBMM-nin əsas plenar iclasının keçiriləcəyi zalda soldan sağa 1-ci AKP, 2-ci CHP, 3-cü MHP, 4-cü HDP üzvləri oturacaq.

Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkisinin nəticələrinə görə, AKP-nin 258, CHP-nin 132, MHP-nin və HDP-nin 80 millət vəkili var.

Qeyd edək ki, istər MHP-nin sədri, istərsə digər partiya üzvləri dəfələrlə verdikləri bəyanatlarla HDP ilə gizli-aşkar hər hansı bir şəkildə əməkdaşlıq və ortaq fəaliyyətlərinin olmayacağını vurğulayıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/351568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR