Tovuz: Məhsulu vaxtında və itkisiz yığmaq üçün fermerlər bütün səylərini səfərbər ediblər

Tovuz: Məhsulu vaxtında və itkisiz yığmaq üçün fermerlər bütün səylərini səfərbər ediblər
10:53 20 İyun 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+


Tovuz, 20 iyun, AZƏRTAC
Tovuz rayonunun fermerləri arpa biçininə başlayıblar. Torpaq sahibləri 9 min 861 hektarda bol taxıl yetişdiriblər.
İlk olaraq arpa biçininə start verən fermerlərin əkin sahələrinə göstərdikləri aqrotexniki qulluq, havaların əlverişli keçməsi onların cari ildə daha çox məhsul əldə edəcəklərindən xəbər verir. Bu günədək biçilən sahələrin hər hektarından orta hesabla 25-27 sentner məhsul yığılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, hazırda zəmilərdə kifayət qədər kombayn və köməkçi texnika işləyir. Məhsulu vaxtında və itkisiz yığmaq üçün fermerlər bütün səylərini səfərbər ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tovuz_Mehsulu_vaxtinda_ve_itkisiz_yigmaq_uchun_fermerler_butun_seylerini_seferber_edibler-865521

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR