İlk Avropa Oyunları Türkiyə mediasının diqqət mərkəzində qalmaqda davam edir

12:58 20 İyun 2015
90 İdman
Ölkə mətbuatı
A- A+


İstanbul, 20 iyun, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunları Türkiyə mediasının əsas mövzularından biri olmaqda davam edir.
Türkiyə jurnalistləri idmansevərlərə yarışların qaliblərinin, məşqçilərin və idman klublarına rəhbərlik edən şəxslərin Avropa Oyunlarının təşkili, gedişi, eləcə də Azərbaycan haqqında təəssüratlarına dair maraqlı məlumatlar təqdim edirlər. Anadolu və Doğan xəbər agentlikləri Türkiyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Həsən Aratın ilk Avropa Oyunları barədə fikir və mülahizələrini yayıb.
Taekvondonun 67 kiloqramdan aşağı çəki dərəcəsində qadınların bürünc medal yarışlarında türkiyəli Nur Tatarın fransalı idmançı Habu Niareni 8:7 hesabı ilə məğlub edərək ilk bürünc medal qazanması qardaş ölkənin mətbuatında ilk Avropa Oyunları barədə silsilə yazılar yazılmasına daha bir təkan verib.
Əsas media manşetlərindən biri isə “Sabah” qəzetinin “İdman” bölməsindəki “Bakı dünən” rublikası altında ilk Avropa Oyunlarındakı nəticələrə dair gündəlik məlumatlardır. Bundan başqa, “Hürriyyət” və “Yeni şəfəq” kimi nüfuzlu qəzetlərin səhifələrində də yarışlarla bağlı maraqlı məlumatlar və idman şərhləri yer alır.
Türkiyənin televiziya kanalları da Avropa Oyunları çərçivəsində keçirilən müxtəlif yarışları əhatə edən canlı yayımlar və maraqlı reportajlar verir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ilk_Avropa_Oyunlari_Turkiye_mediasinin_diqqet_merkezinde_qalmaqda_davam_edir-865573

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR