Azərbaycandan Bakı 2015-də möhtəşəm nəticə (FOTO)

Azərbaycandan Bakı 2015-də möhtəşəm nəticə (FOTO)
15:56 20 İyun 2015
147 İdman
Ölkə mətbuatı
A- A+

Bakı 2015-in taekvondo üzrə ən yaxşı nəticələri ev yiyəsinə aiddir.

ANS PRESS-in məlumatına görə, Bakı 2015 Avropa Oyunlarının taekvondo yarışları başa çatdı. Bu idman növü üzrə yarışlarda dörd gün ərzində 8 dəst medal öz sahibini tapıb.

Təqdiredici haldır ki, taekvondo üzrə ən yaxşı göstəricilər Azərbaycana aiddir. Belə ki, qeyri-rəsmi komanda hesabında Azərbaycan yığmasının 3 qızıl, 1 gümüş və 1 bürünc müdal qazanıb. Bu da mükafat qazanan 13 ölkə arasında ən yaxşı nəticədir. Beləliklə, oyunların ev yiyəsi yarışa qatılan bütün rəqiblərini qabaqlayaraq, Bakı 2015-in ən yaxşısı adını əldə edib.

Taekvondo üzrə ən çox medal qazanın ölkələr sırasında ikinci yeri Böyük Britaniya (3 medal), üçüncü yeri isə Rusiya (5 medal) tutur. Medal qazanan 13 ölkədən yalnız 5-nin idmançıları çempion tituluna yiyələnə bilib.

Taekvondo üzrə medal qazanan azərbaycanlı idmançılar:

QIZIL:

Ayxan Tağızadə (68 kq çəki dərəcəsi),

Milad Beiqi Harçeqani (80 kq çəki dərəcəsi),

Radik İsayev (+80 kq çəki dərəcəsi).

GÜMÜŞ:

Fəridə Əzizova (67 kqçəki dərəcəsi).

BÜRÜNC:

Patimat Abakarova (49 kq çəki dərəcəsi).



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=352092

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR