Damir Mikets: Hələ də inana bilmirəm ki, Avropa Oyunlarının ikiqat çempionu olmuşam

Damir Mikets: Hələ də inana bilmirəm ki, Avropa Oyunlarının ikiqat çempionu olmuşam
16:03 20 İyun 2015
34 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, Əziz Məmmədov, AZƏRTAC
“Final görüşü çox çətin oldu. Rəqiblər layiqli müqavimət göstərdilər. Tapançadan atəşaçmada 50 metrlik məsafə mənim ən çox xoşladığım məsafədir. Odur ki, uduza bilməzdim. Hələ də inana bilmirəm ki, Avropa Oyunlarının ikiqat çempionu olmuşam”.
Birinci Avropa Oyunlarının güllə atıcılığının iki növü - pnevmatik tapançadan 10 metr və tapançadan 50 metr məsafəyə atəşaçma üzrə çempionu, serbiyalı idmançı Damir Mikets bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
Bakıya səfəri və “Bakı-2015”in təşkili barədə təəssüratlarını bölüşən idmançı deyib: “İkinci dəfədir ki, sizin ölkənizdəyəm. Keçən il Qəbələdə Dünya Kuboku yarışlarının finalında iştirak etmişəm. Bakı və sakinləri çox xoşuma gəldi. Hesab edirəm ki, Azərbaycanın paytaxtında dünya miqyaslı idman yarışı keçirilir. Bu Oyunlar bütün idman həvəskarları üçün əsl bayramdır. Hər şey ən yüksək səviyyədə təşkil edilib. Belə möhtəşəm yarışı yalnız güclü idman infrastrukturuna malik olan ölkə təşkil edə bilər”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Damir_Mikets_Hele_de_inana_bilmirem_ki_Avropa_Oyunlarinin_ikiqat_chempionu_olmusam-865652

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR