“Bakı-2015”-in final yarışlarına əlavə biletlər satışa çıxarılıb

“Bakı-2015”-in final yarışlarına əlavə biletlər satışa çıxarılıb
21:23 20 İyun 2015
131 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, AZƏRTAC
“Bakı-2015” idmanın yeddi növü üzrə yarışların final mərhələlərinə biletlərin satıldığını və səkkiz populyar növ üçün əlavə biletlərin satışa çıxarıldığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, 3x3 basketbol, BMX velosiped idmanı, boks, suya tullanma, gimnastika, üzgüçülük və voleybol yarışlarının final mərhələlərinə biletlər satılıb.
Avropa Oyunları “İdman bayramı” kimi qeyd edilir və iyunun 12-də keçirilən unudulmaz açılış mərasimindən sonra avropalı idmançılar parlaq çıxışlar nümayiş etdirirlər. Rekord sayda yerli azarkeşlər onları dəstəkləməkdə davam edirlər. Ötən bir neçə gün ərzində iyirmi idman növü üzrə hər gün orta hesabla 13 min bilet satılıb.
Şübhəsiz, 3x3 basketbol (təsnifat mərhələsi), çimərlik futbolu, suya tullanma (təsnifat mərhələsi), cüdo, sambo, üzgüçülük (təsnifat mərhələsi), voleybol (təsnifat mərhələsi) və su polosu yarışlarının müxtəlif mərhələləri üzrə əlavə biletlərin satışa çıxarılması yerli azarkeşlər üçün sevindirici xəbərdir.
“Bakı-2015”-in biletlərinə artan tələbat barədə danışan gənclər və idman naziri Azad Rəhimov deyib ki, Azərbaycan xalqı Avropa Oyunlarına böyük maraq göstərir. İdman arenalarına toplaşan azarkeşlərin sayı və onların bütün idmançılara, xüsusilə Azərbaycan atletlərinə göstərdiyi dəstək bizi sevindirir. Birinci Avropa Oyunlarının ikinci həftəsinə daxil olduğumuz ərəfədə biz Bakıdakı arenalarda rekord sayda tamaşaçını qəbul etməyə hazırlaşırıq və hər kəsi bu tarixi idman tədbirinin bir hissəsi olmağa səsləyirik.
Yarışlara qalan biletləri www.baku2015.com veb-saytından və ya Bakı şəhərində və idman arenalarındakı bilet kassalarından əldə etmək mümkündür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_2015_in_final_yarislarina_elave_biletler_satisa_chixarilib-865749

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR