Suya tullanma yarışlarında sonuncu medalların sahibləri bu gün müəyyənləşəcək

Suya tullanma yarışlarında sonuncu medalların sahibləri bu gün müəyyənləşəcək
11:43 21 İyun 2015
66 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 iyun, AZƏRTAC
İyunun 21-də birinci Avropa Oyunları çərçivəsində su idmanı üzrə üç metrlik tramplindən və platformadan tullanma yarışları keçirilir.
AZƏRTAC xəbər verir ki, Bakı Su İdmanı Sarayında qadınların üç metr hündürlüyündə tramplindən tullanma yarışlarında təmsilçimiz Olqa Bikovskaya 24-cü nömrə altında çıxış edəcək.
Yarışın ilkin mərhələsində 28 idmançı mübarizə aparır.
Hər iki növ üzrə yarışların final mərhələsi bu gün keçiriləcək.


















Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Suya_tullanma_yarislarinda_sonuncu_medallarin_sahibleri_bu_gun_mueyyenlesecek-865804

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR