Axşam.az-ın məlumatına görə, Türkiyə mətbuatı evini satan tanınmışların siyahısını hazırlayıb.
Məşhur cütlük Şakira və Jerar Pike Mayamidəki villalarını yenidən satışa çıxarıb. Müğənni bu evi daha əvvəl də iki dəfə satmaq istəyib. Amma mənzili almaq istəyən yoxdur. 37 yaşlı ifaçı bu dəfə villaya daha ucuz qiymət qoyub. Belə ki, cütlük bu dəfə evi 13 milyon dollara satır. Cütlük 2013-cü ildə mənzili 14,95 milyon dollara satmaq istəyirdi.


Tamsin Egertonla yaşadığı eşqlə gündəmə gələn aktyor Con Hatnet də evini satan məşhurlardandır. O, villasını 2,5 milyon dollara satmağı düşünür.


Müğənni Mayli Sayrus Los-Ancelesdəki ailə evini 6 milyon dollara satışa çıxarıb. 6 yataq, 6 vanna otağı olan villanı ifaçının valideynləri 2008-ci ildə almış və qızlarına hədiyyə etmişdi.

